Jurnalist vəsiqəsi alan şəxs işdən çıxarılarsa, o, vəsiqəsini çalışdığı quruma təhvil verməlidir

Jurnalist vəsiqəsi alan şəxs işdən çıxarılarsa, o, vəsiqəsini çalışdığı quruma təhvil verməlidir "Media haqqında" qanunda fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmayıb. Ona görə onlar Media Reyestrinə daxil ola bilməyəcəklər".
Media
14 Oktyabr , 2022 17:47
Jurnalist vəsiqəsi alan şəxs işdən çıxarılarsa, o, vəsiqəsini çalışdığı quruma təhvil verməlidir

"Əgər Media Reyestrinə daxil olaraq jurnalist vəsiqəsi alan şəxsin işinə xitam verilərsə, o, jurnalist vəsiqəsini çalışdığı media subyektinə təhvil verməlidir".

"Report"un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib.

"Media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir. Daha sonra isə jurnalist digər media subyektində rəsmi qaydada işə düzəldikdən sonra yeni jurnalist vəsiqəsi üçün Agentliyə müraciət edə bilər", deyə, S.Şəfiyeva bildirib.

Onun sözlərinə görə, "Media haqqında" qanunda fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunublar:

"Çünki onlar informasiyanı toplayıb, hazırlayıb və yayımını həyata keçirirlər. Ona görə də fotomüxbirlər Media Reyestrinə daxil ola bilərlər".

S.Şəfiyeva bildirib ki, texniki heyət üzvləri jurnalist hesab olunmur:

"Ona görə də telekanallarda və saytlarda çalışan texniki heyət üzvləri Media Reyestrinə daxil ola bilməyəcəklər".

Qurum rəsmisi bildirib ki, ancaq buna baxmayaraq həmin kateqoriyadan olan şəxslərin fəaliyyətində hər hansı bir məhdudiyyət olmayacaq:

"Onlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirə biləcəklər".

Son xəbərlər

Orphus sistemi