MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək

MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə təqdim olunan sənədlərə aprelin 20-dən sonra baxılacaq.
Media
16 Aprel , 2019 10:55
MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək
MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli / Report/Elchin Murad
0 : 00
0 : 00

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə təqdim olunan sənədlərə aprelin 20-dən sonra baxılacaq.

Bunu “Report”a açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan etmişdi. Müsabiqəyə 3 iddiaçı sənəd verib. Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Son xəbərlər

Orphus sistemi