Ukraynanın birinci xanımı Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib

Ukraynanın birinci xanımı Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib.
Mədəniyyət siyasəti
31 Dekabr , 2022 15:21
Ukraynanın birinci xanımı Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib
Yelena Zelenskaya

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib.

O, təşəkkürünü “Report”un Şərqi Avropa bürosuna eksklüziv müsahibəsi vasitəsilə çatdırıb.

“Səsimizi bütün dünyaya necə çatdıra bilərik? Əlbəttə, hər birimizin əməyi ilə. Müharibənin bizi hansı ölkəyə gətirib çıxarmasından asılı olmayaraq, bu gün hamımız öz mədəniyyətimizin səfirləriyik. Dilimizi, adət-ənənəmizi, musiqimizi, ədəbiyyatımızı özümüzlə daşıyırıq. Mədəniyyətimiz vasitəsilə biz nə üçün mübarizə apardığımızı, nəyin tərəfdarı olduğumuzu və dəyərlərimizin nə olduğunu açıq şəkildə göstəririk. Ona görə də müharibədən əvvəl başladığım layihələr nəinki aktuallığını itirmədi, əksinə, əlavə məna kəsb etdi. Məsələn, artıq 35 ölkədə istifadəyə verdiyimiz dünyanın mədəni görməli yerləri ilə bağlı ukraynadilli audiobələdçilər təkcə turistlər üçün rahatlıq deyil, həm də Ukraynanın və sivil dünyanın ortaq bir dilinin - xalqların dilinin olduğuna işarədir. Bu mədəniyyət dilidir”.

Yeri gəlmişkən, belə bələdçilər Azərbaycanda da mövcuddur, mənim təşəbbüsümlə ilk ukraynadilli audiobələdçilərdən biri 2020-ci ilin avqustunda Bakıda Milli Xalça Muzeyində istifadəyə verildi. Bu yaxınlarda biz Qobustan Milli Parkında ikinci audiobələdçimizi istifadəyə verdik. Buna görə diplomatlarımıza və Azərbaycanın Mədəniyyət Nazirliyinə son dərəcə minnətdaram. Arzu edirəm ki, Azərbaycanda növbəti audiobələdçi Heydər Əliyev Mərkəzində ərsəyə gəlsin” - Ukraynanın birinci xanımı əlavə edib.

Yelena Zelenskaya ilə geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi