Bakı. 31 avqust. REPORT.AZ/ Şərqi Avropada mədəni müxtəlifliyə görə ADAMI media mükafatı baş ofisi Almaniyanın Frankfurt şəhərində yerləşən "ProCredit Holding AG & Co KGaA" şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb.
"Report"un verdiyi xəbər görə, müqavilənin şərtlərinə görə "ProCredit Holding" ADAMI media mükafatına film yaradıcıları üçün əməkdaşlıq imkanlarının genişləndirilməsi və mədəni müxtəlifliyin inkişafında dəstək olacaq, ADAMI media mükafatının keçirildiyi ölkələrdən - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan olan yayımçılara və audiovizual KİV-lərin jurnalistlərinə kömək göstərəcək.
"ProCredit Holding" "ADAMI" müsabiqəsinin maliyyələşdiriməsini təmin edəcək və noyabrın 24-də Kiyevdə təntənəli mərasimin keçirilməsinə dəstək verəcək.
Beynəlxalq səviyyədə işıqlandırılacaq tədbir zamanı Şərqi Avropa və Qafqaz ölkələri xalqlarının arasında milli, etnik, dini və mədəni müxtəlifliyin inkişafına təkan verən ən yaxşı filmlər, televiziya və onlayn verilişləri mükafatlandırılacaq.