Şəkidə ​"Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək

Şəkidə ​"Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək Festivalda Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcək
Mədəniyyət siyasəti
6 Avqust , 2015 12:48
Şəkidə ​Nağara 2015 Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, festival avqustun 22-dən 26-dək Şəkidə olacaq. 

Festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak edəcək. Avqustun 22-də festivalın təntənəli açılış mərasimi keçiriləcək. Növbəti gün Özbəkistanı təmsil edən Abbos Kasimov və "Abbos" qrupunun, 24-də İranı təmsil edən "Lian" qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupunun konsertləri olacaq. Avqustun 26-da isə "Natiq ritm" qrupunun konserti və "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi keçiriləcək. Konsertlər Şəki şəhərindəki Yaşıl Teatrda baş tutacaq. 

Bundan başqa, avqustun 23-dən 26-dək dörd gün ərzində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, "Lian" qrupu və Suat Borazanın master klassları olacaq. 

Son xəbərlər

Orphus sistemi