Nazirlik: “Ailəsinin müraciəti əsasında Oqtay Əliyevin “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib” - YENİLƏNİB-3

Nazirlik: “Ailəsinin müraciəti əsasında Oqtay Əliyevin “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib” - YENİLƏNİB-3 Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Mədəniyyət siyasəti
23 Mart , 2023 12:09
Nazirlik: “Ailəsinin müraciəti əsasında Oqtay Əliyevin “Qurd qapısı” qəbiristanlığında dəfn olunması təmin edilib” - YENİLƏNİB-3

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

"Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib" - məlumatda bildirilib.

10.58

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

"Report" xəbər verir ki, onun həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

O, Əməkdar artist Tünzalə Əliyevanın qəbrinə yaxın ərazidə torpağa tapşırılacaq. Belə ki, mərhumun doğmalarının istəyi ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, ötən gün mərhumun yaxınları O.Əliyevin Mehdiabad qəbiristanlığında, babasının yanında dəfn olunacağını bildirmişdi.

00:01

Fotolar əlavə edilib.

22:43

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

“Report”un xəbərinə görə, mərhumun sənət dostları və qohumları onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.

Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, bu gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

FOTO: İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi