Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb

Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işlərinə başlanılıb.
Mədəniyyət siyasəti
5 May , 2022 12:58
Opera və Balet Teatrında əsaslı təmir-bərpa işlərinə başlanılıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işlərinə başlanılıb.

Bu barədə “Report”a mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib.

Onun sözlərinə görə, təmir işləri üçün dövlət tərəfindən xarici mütəxəssislər dəvət edilib.

Ş.Ağamirzəyeva xatırladıb ki, teatrda ən son təmir işləri 1987-1988-ci illərdə aparılıb: "Yəni 30 ildən artıqdır ki, bina təmir edilməmişdi. Hazırda binanın fasadı təmir olunur, zalda isə hələ işlərə başlanılmayıb. Teatrda həm məşqlər, həm də tamaşalar davam edir".

"Mövsümün sonunda, təxminən iyun ayının əvvəllərində tamaşalarımızı başa çatdırıb, mövsümü bağlayıb, zalı təmir üçün inşaatçılara təhvil verəcəyik. Təmirin nə zaman bitəcəyini deyə bilmərik. Adminstrativ binada təmir işləri artıq yekunlaşmaq üzrədir. Əgər mövsümün əvvəlində, sentyabrda təmir işləri yekunlaşmazsa, yəqin ki bizə başqa yerdə tamaşa zalı ayırılar", - o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları, Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb. Cəmi 10 ay ərzində-1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb.

1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Həmin sənət məbədi 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlanır.

Son xəbərlər

Orphus sistemi