DSMF: 10 ayda 123 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət təyin olunub

Maliyyə
  • 11 noyabr, 2026
  • 10:36
DSMF: 10 ayda 123 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət təyin olunub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 123 131 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

"Report" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 53,7 %-ni kişilər, 46,3 %-ni isə qadınlar təşkil edib.