Nazir müavini: “Qazaxıstan və Azərbaycan mədəniyyət sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir”

Nazir müavini: “Qazaxıstan və Azərbaycan mədəniyyət sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir” Qazaxıstan və Azərbaycan ortaq mədəniyyətə, tarixə və ənənələrə malik qardaş ölkələrdir.
Mədəniyyət siyasəti
4 Aprel , 2022 17:17
Nazir müavini: “Qazaxıstan və Azərbaycan mədəniyyət sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir”

"Qazaxıstan və Azərbaycan ortaq mədəniyyətə, tarixə və ənənələrə malik qardaş ölkələrdir".

Bunu “Report”a Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Nurkisa Daueşov bildirib.

“Şuşanın 2023-cü il üçün Türk Dünyasının Paytaxtı seçilməsi münasibətilə azərbaycanlıları təbrik etmək istəyirəm. Bu, bizim ümumi mədəniyyətimizdir. Düşünürəm ki, gələn il Şuşada çoxlu mədəni tədbirlər keçiriləcək”, - o deyib.

Nazir müavini TÜRKSOY-un Daimi Şurasının martın 31-i Bursa şəhərində keçirilmiş növbədənkənar iclası zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdüyünü əlavə edib. “Mədəniyyət sahəsində gələcək əməkdaşlıq barədə razılığa gəldik. Əlbəttə, indi də sıx əlaqələrimiz var, lakin bu əlaqələri daha da möhkəmləndirmək üçün səy göstərməliyik. Bizim mədəniyyət xadimləri Azərbaycanda, Azərbaycanı təmsil edənlər isə Qazaxıstanda qastrolda olublar”, - nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi