Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə Azərbaycan istehsalçılarının milli məhsullarının dequstasiya seriyasın
Mədəniyyət siyasəti
13 Yanvar , 2024 20:36
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə Azərbaycan istehsalçılarının milli məhsullarının dequstasiya seriyasını təşkil edib.

"Report"un Rusiya bürosu xəbər verir ki, dequstasiya seriyası “Rusiya” beynəlxalq sərgi forumu çərçivəsində keçirilib.

“Azərbaycan” pavilyonunun ticarət zalında quru meyvə və şirniyyatların ən yaxşı istehsalçılarının məhsullarının nümunələri təqdim olunub.

Qonaqlar milli ənənəvi Azərbaycan çayının, mövsümi meyvələrdən hazırlanan kompotların, Şamaxının qərb hissəsindən olan məşhur üzümlüklərin orqanik şərabının dadına baxmaq fürsəti əldə ediblər.

Son xəbərlər

Orphus sistemi