Mədəniyyət Nazirliyinin şöbə müdiri: Startapların müxtəlif sahələr üzrə tətbiq olunması vacibdir

Mədəniyyət Nazirliyinin şöbə müdiri: Startapların müxtəlif sahələr üzrə tətbiq olunması vacibdir Mədəniyyət Nazirliyinin şöbə müdiri startapların müxtəlif sahələr üzrə tətbiq olunmasının vacibliyindən danışıb.
Mədəniyyət siyasəti
3 İyun , 2024 18:06
Mədəniyyət Nazirliyinin şöbə müdiri: Startapların müxtəlif sahələr üzrə tətbiq olunması vacibdir

Dünya təcrübəsi göstərir ki, sahibkarlığı və yaradıcılığı bir araya gətirdikdə, sürətli tərəqqiyə nail olmaq mümkündür.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda çıxış edərkən deyib.

O qeyd edib ki, yenilikçi startapları müxtəlif sahələrə tətbiq etmək olar:

"Burada həmçinin mədəni irs də ehtiva edilməlidir. Çünki mədəniyyətin bir məhfumdur və onun sayəsində mütərəqqi ideyalar həyata keçirilə bilər. Azərbaycan məhz yaradıcı və mədəniyyət sənayelərinin (YMS-lər) inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə, maarifləndirmə və təbliğat fəaliyyətlərinin həyata keçirilməsini, yaradıcı məhsullar və xidmətlərin yerli istehsalı, tanıtımı və ixracını təşviq edir. Bu istiqamətdə ICESCO ilə birgə çox layihələri ərsəyə gətirə bilərik".

Son xəbərlər

Orphus sistemi