Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri, nazirə isə iki müşavir təyin edilib

Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri, nazirə isə iki müşavir təyin edilib Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub. Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə təyin olun
Mədəniyyət siyasəti
1 Mart , 2023 10:39
Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri, nazirə isə iki müşavir təyin edilib
Adil Kərimli

Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub.

"Report" xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmrlər imzalayıb.

Belə ki, nazirliyin Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin edilib.

Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.

Qeyd edək ki, X.Ağalarov bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

Müşavir C.Səlimxanov bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə işləyib.

Digər müşavir Oleq Əmirbəyov 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi