Fikrət Qoca Prezidentə təşəkkür etdi

Fikrət Qoca Prezidentə təşəkkür etdi Azərbaycanın Xalq şairi Fikrət Qoca Prezident İlham Əliyevə təşəkkür edib.
Mədəniyyət siyasəti
24 Avqust , 2020 15:12
Fikrət Qoca Prezidentə təşəkkür etdi
Fikrət Qocayev
0 : 00
0 : 00

Azərbaycanın Xalq şairi Fikrət Qoca Prezident İlham Əliyevə təşəkkür edib.

O, “Report”a açıqlamasında bunları deyib: 

“Mən ancaq cənab Prezidentə təşəkkür edə bilərəm. Təşəkkür edirəm ki, mənim fəaliyyətimi yüksək qiymətləndirib. Mənim əsas vəzifəm yazmaqdır, nə qədər gücüm var yazacağam. Hər zaman diqqətimdə olan məsələ yazılarımda həyatın yaxşı cəhətini göstərmək olub. Baxmayaraq ki, həyatda pis şeylər çoxdur, amma yaxşı şeylər də az deyil. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olunsun. Hər zaman istəmişəm ki, Azərbaycan güclü və möhtəşəm dövlət olaraq qalsın”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilib.

Eyni zamanda Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocaya telefonla zəng edib, həmçinin onu 85 illiyi münasibətilə məktubla təbrik edib.

Son xəbərlər

Orphus sistemi