İlkin Zəfərli: “İşimin prinsipi redaktə proqramlarından minimum dərəcədə istifadə etməkdir”

İlkin Zəfərli: “İşimin prinsipi redaktə proqramlarından minimum dərəcədə istifadə etməkdir” Bu gün “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində açılan animasiya miniatürlərindən ibarət sərgi uşaqlara yaradıcı təfəkkür öyrətmək üçün nəzərdə tutulub.
Mədəniyyət siyasəti
28 Oktyabr , 2023 17:18
İlkin Zəfərli: “İşimin prinsipi redaktə proqramlarından minimum dərəcədə istifadə etməkdir”

Bu gün “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində açılan animasiya miniatürlərindən ibarət sərgi uşaqlara yaradıcı təfəkkür öyrətmək üçün nəzərdə tutulub.

Bu barədə “Report”a eksperimental fotoqraf İlkin Zəfərli məlumat verib.

Onun sözlərinə görə, sərgilər onun improvizə olunmuş materiallardan hazırladığı elementlərdən ibarətdir: “Sərgi uşaqlara animasiyaya yaradıcı baxış, hər zaman əlində olan sadə vasitələrdən miniatürlər hazırlamağı öyrətmək üçün nəzərdə tutulub. Burada hərbi mövzulardan tutmuş orta əsrlərə qədər tamamilə fərqli mövzularda 13 sərgi təqdim edirəm”.

İ.Zəfərli vurğulayıb ki, o, ekspozisiyaları elə yaratmağa çalışır ki, hətta kənar redaktə proqramlarından istifadə etmədən belə, onları telefonda belə çəkmək mümkün olsun.

Qeyd edək ki, Beynəlxalq Animasiya Günü çərçivəsində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi yeni istiqamətin – rəqəmsal incəsənətin fəaliyyətə başladığını elan edir və onun çərçivəsində “stop-motion” üslubunda “cut-out” animasiya studiyasını açır.

Son xəbərlər

Orphus sistemi