Bu il Türkiyədə "Hacı Bektaş Vəli ili" elan olunub

Bu il Türkiyədə "Hacı Bektaş Vəli ili" elan olunub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Hacı Bektaş Vəli ili elan edib
Mədəniyyət siyasəti
12 Fevral , 2021 11:08
Bu il Türkiyədə Hacı Bektaş Vəli ili elan olunub
Hacı Bəktaş Vəli

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili ölkədə “Hacı Bektaş Vəli ili” elan edib.

“Report” xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

Qərarda bildirilib ki, 2021-ci ildə Hacı Bəktaş Vəlinin vəfatının 750-ci ili tamam olur. Bu, UNESCO tərəfindən də qeyd ediləcək.

Dövlət başçısı bununla bağlı açıqlamasında bildirib ki, “Bir olaq, iri olaq, diri olaq”, “İncisən də incitmə”, “Hər nə axtarsan, özündə axtar”, “Oturduğun yeri pak et, qazandığın loxmanı haqq et”, “Düşməninin belə insan olduğunu unutma” deyimləri ilə bütün insanlığı sevgi, sayğı, barış və qardaşlığa dəvət edən Hacı Bəktaş Vəlinin yaxşını, doğrunu, gözəli, əxlaqlı və ərdəmli olmağı insan olmağın ən təməl vəsfi olaraq tanıdıb: “Anadoludan Balkanlara qədər geniş bir coğrafiyada, gələcək nəsillərin yolunu işıqlandırmağa davam edən Hacı Bəktaş Vəli Yunus Əmrə və Mövlana kimi düşünənlər və qəlbin inancına, əxlaqına, tolerantlığına əsaslanan həyat fəlsəfələrini, sevgi və hörmət, birlik və bərabərlik anlayışının yayılmasında bu gün də mərkəzi rol oynamaqda davam edir”.

Tədbirin Türkiyə və xaricdə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, görkəmli mütəsəvvüf Hacı Bəktaş Vəli 1209-cu ildə Xorasan bölgəsinin Nişapur şəhərində anadan olub, 1271-ci ildə vəfat edib.

Son xəbərlər

Orphus sistemi