Bişkekdə Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri müzakirə olunub

Bişkekdə Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri müzakirə olunub Bişkekdə Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri müzakirə olunub
Mədəniyyət siyasəti
23 aprel 2025 13:54
Bişkekdə Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri müzakirə olunub

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın “İrs inciləri: Azərbaycan orta əsr rəssamlığı” mövzusunda mühazirəsi təşkil olunub.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, mühazirəni müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər.

Sənətşünas alim Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və yaradıcılıq istiqamətləri barədə ətraflı məlumat verib. 

Mühazirədə Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən orta əsr miniatür rəssamlığına qədər bu sahənin inkişaf tendensiyaları, müxtəlif regionlar üzrə sənət məktəblərinin formalaşması məsələlərindən bəhs olunub. 

Alim sonda iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.

Orphus sistemi