Biləsuvar rayonunda növbəti Hind toyuğu Festivalı keçirilir.
"Report"un yerli bürosunun məlumatına görə, tədbir Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə artıq üçüncü ildir keçirilir.
Festivalda cənub bölgəsinin folkloru ilə tanışlıq və həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək.
Biləsuvar Mərkəzi Parkında keçiriləcək Hind toyuğu Festivalının möhtəşəm şənliyində həmişə olduğu kimi bu il də Azərbaycanın müxtəlif bölgələrindən olan yerli və xarici qonaqlar iştirak edirlər.