Bakıda tatarların milli bayramı keçiriləcək

Bakıda tatarların milli bayramı keçiriləcək İyunun 18-də Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçiriləcək.
Mədəniyyət siyasəti
16 İyun , 2023 13:38
Bakıda tatarların milli bayramı keçiriləcək

İyunun 18-də Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçiriləcək.

“Report” xəbər verir ki, festivalda tematik ərazilərlə tanış olmaq mümkün olacaq: “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona təqdim ediləcək. Ziyarətçilər orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.

“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olacaq, həmçinin tematik ustad dərslərində iştirak edə biləcəklər.

Tədbirin proqramına həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.

Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçiriləcək.

Tədbirə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi