“Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turu başa çatıb

“Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turu başa çatıb “Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turu başa çatıb.
Mədəniyyət siyasəti
30 İyun , 2023 20:25
“Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turu başa çatıb

“Bakı Payızı” istedadlar müsabiqəsinin ikinci turu başa çatıb.

“Report” xəbər verir ki, 45 vokalçı səhnədə xarici mahnılardan ibarət kompozisiyalar səsləndiriblər.

“Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Emil Əfrasiyab, əməkdar incəsənət xadimi Ülviyyə Könül, prodüser, “Xəzər” televiziyasının baş direktoru Murad Dadaşov, bəstəkar İsa Məlikov, əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, əməkdar artist Rain Sultanov təmsil olunur.

Münsiflər heyəti bugünkü çıxışların daha uğurlu olduğunu, əksər hallarda vokalçıların çıxışlarını yüksək qiymətləndirdiklərini vurğulayıb.

Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilib. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompozisiyalarla yarışıblar.

Tədbir iyulun 1-dək davam edəcək.

Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.

Xatırladaq ki, ötən gün vokalçılar arasında keçirilən müsabiqənin ilk turu keçirilib. Müsabiqə iştirakçıları Azərbaycanın bəstəkar musiqilərini və milli mahnıları səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi