Bakı Dövlət Sirkində təmir başlayıb

Bakı Dövlət Sirkində təmir başlayıb Bakı Dövlət Sirkində təmir işləri başlayıb.
Mədəniyyət siyasəti
5 Oktyabr , 2022 15:16
Bakı Dövlət Sirkində təmir başlayıb

Bakı Dövlət Sirkində təmir işləri başlayıb.

“Report” xəbər verir ki, bunu sirkin direktor əvəzi Nahid Ağayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub: "Təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə də təmir olunub".

N.Ağayev söyləyib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.

Onun sözlərinə görə, sirkin binasının əsaslı şəkildə təmir olunması məsələsi hər zaman gündəmdədir. N.Ağayev deyib ki, bununla bağlı Mədəniyyət Nazirliyi ilə daim müzakirələr aparılır.

O qeyd edib ki, hazırda zəruri tədbirlər həyata keçirilib və vətəndaşlar rahat şəkildə şouları izləyə biləcəklər: "Bəzən sirkdəki şəraitlə bağlı müəyyən narazılıqlar olurdu və bizdə həmin nüansları aradan qaldırılmağa çalışmışıq. İlkin mərhələdə müəyyən təmir işləri görüldü, bir sıra işlər qalıb, bunlar da gələcəkdə həllini tapacaq".

Son xəbərlər

Orphus sistemi