Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub Azərbaycan - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) əməkdaşlığının perspektivləri müzakirə olunub, Monqolustanın quruma müşahidəçi üzv kimi qəbulu ilə bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət siyasəti
11 Dekabr , 2024 14:50
Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) əməkdaşlığının perspektivləri müzakirə olunub, Monqolustanın quruma müşahidəçi üzv kimi qəbulu ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də Azərbaycanda səfərdə olan TÜRKSOY-un Baş katibi Sltan Raev ilə görüşüb.

Nazir Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkənin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi