Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb

Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb.
Mədəniyyət siyasəti
19 Sentyabr , 2024 08:39
Arzu Əliyeva Vətən müharibəsindən bəhs edən bədii filmin çəkilişləri ilə maraqlanıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilən film layihələri müsabiqəsində qalib gələn “Borc” tammetrajlı bədii filminin istehsalına başlanılıb.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

Bakı Media Mərkəzi Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Borc” bədii filminin əsas mövzusu 2-ci Qarabağ müharibəsində iştirak edən gənclərimizin döyüş əməliyyatlarında nümayiş etdirdiyi igidlik, qorxmazlıq, mərdlik, hərbi bacarıqlar, vətənpərvərlik ruhudur.

Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva çəkiliş meydançasında olub, çəkilişlərin gedişi ilə maraqlanıb, filmin yaradıcı heyəti ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi