Anar Kərimov iki şöbəyə müdir və özünə müşavir təyin edib - SİYAHI

Anar Kərimov iki şöbəyə müdir və özünə müşavir təyin edib - SİYAHI Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqamsal inkişaf şöbəsi və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbələrinə yeni müdirlər təyin edilib.
Mədəniyyət siyasəti
11 Yanvar , 2022 15:24
Anar Kərimov iki şöbəyə müdir və özünə müşavir təyin edib - SİYAHI
Anar Kərimov

Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.

A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.

Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.

Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.

Son xəbərlər

Orphus sistemi