ABŞ-da azərbaycanlı sənətçinin sərgisi açılacaq

ABŞ-da azərbaycanlı sənətçinin sərgisi açılacaq ABŞ-ın Nyu-York şəhərində azərbaycanlı sənətçi Orxan Məmmədovun sərgisi açılacaq.
Mədəniyyət siyasəti
27 Yanvar , 2022 08:50
ABŞ-da azərbaycanlı sənətçinin sərgisi açılacaq

ABŞ-ın Nyu-York şəhərində azərbaycanlı sənətçi Orxan Məmmədovun sərgisi açılacaq.

Bu barədə “Report”un yerli bürosuna rəqəmsal incəsənət şirkəti “Blackdove”ın baş kuratoru Lara Binnet məlumat verib.

O, bildirib ki, “Estetikanın dirçəlişi” (“Revival of Aesthetics”) adı altında açılacaq sərgidə nümayiş olunan əsərlərdə O.Məmmədov ölkəmizin mədəni irsinin simvolu hesab olunan Azərbaycan xalçalarının eskizlərini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək irs və müasirliyin vəhdətini yaradıb. L.Binnet Nyu-Yorkun və dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgidə 9 sənət əsərinin nümayiş olunacağını bildirib.

Qeyd edək ki, O.Məmmədov dünyaya Azərbaycan mədəni irsini ən son texnologiya alqoritmi ilə birləşdirən sənətçilərdəndir. O, dövrümüzün müasir süni intellekt alqoritmindən istifadə edərək, muzeylərimizdə olan ənənəvi Azərbaycan xalça və kilimlərinin on minlərlə təsvirini emal edib və oxşarlıqlarına əsaslanan yeni hüdudsuz kombinasıyalar yaratmağa müvəffəq olub. O.Məmmədov indiyədək 150 mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və bu günə qədər mövcud olmayan xəyali kilimlər yaradıb. Dünyanın müxtəlif ölkələrinin O.Məmmədovun qabaqcıl sərgi salonlarında sərgiləri keçirilib.

Son xəbərlər

Orphus sistemi