Fransanın paytaxtı Paris şəhərində dayanacaqları "şəhər meşələri" ilə əvəz etməyə hazırlaşırlar.
"Report"
Qeyd edilir ki, şəhər meşələrində şam ağacları, tozağacları və başqa ağaclar əkiləcək. "Şəhər meşələri" Paris meriyasının , "Qarne Operası" teatrının, Lion vağzalının qarşısında, habelə Sena sahili boyunca salınacaq.
Bitkilər hazırda yol hissələri və ya avtomobil dayanacaqlarının tutduğu yerlərdə əkiləcək. Meşələrin özləri həmçinin piyada yolları və skamyalarla təchiz olunacaq.
Meriyada əlavə ediblər ki, bu, Parisi 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarında daha çox "yaşıl şəhər" etmək layihəsinin vəzifələrindən biridir.