Bakı. 23 yanvar. REPORT.AZ/ Yaponiya hökuməti Olimpiada-2020-yə qədər robotların bütün sahələrdə və hər yerdə istifadəsi proqramını həyata keçirmək niyyətindədir. Proqramın həyata keçirilməsinə ümumilikdə 20,33 mlrd. ABŞ dollarının ayrılması planlaşdırılır. “Report” “Kiodo” agentliyinə istinadən xəbər verir ki, bu Yaponiya hökuməti yanında xüsusi komissiyanın rəyindən məlum olub. Komissiyanın iclası bu gün ölkənin baş naziri Sindzo Abenin dəftərxanasında keçirilib.
2020-ci ilə qədər Yaponiya robotları kənd təssərrüfatı, səhiyyə, tikinti və digər sahələrdə istifadə etməyi planlaşdırır. Xüsusilə, yataq xəstələrin nəql olunması üçün və tibbi personalın işində yardım üçün robotların yaradılması və istifadə olunması, avtomatik rejimdə işləyən traktorların yaradılması nəzərdə tutulub.
"Bu layihəni yerinə yetirmək üçün həm özəl şirkətlər, həm də dövlət institutları birləşməlidir. Bu il robotların inqilabı erası olmalıdır", - Sindzo Abe bildirib.