Bakı. 3 dekabr. REPORT.AZ/ Latviyanın Valqund qəsəbəsində aparılan qazıntılar zamanı, ehtimala görə, Rusiya İmperiya Ordusunun I Dünya müharibəsi dövründə həyatını itirmiş 10 əsgərinin qalıqları aşkar edilib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü "Legenda" axtarış heyətinin qazıntılarında iştirak edən Latviya Seyminin deputatı Regina Loçmele-Lunyeva öz "Facebook" səhifəsində yazıb.
"Bir dekabr, mənfi 11 Selsi dərəcə… Vladislav Çistyakovun sehirli şupları ilə tapılmış iki xəndəkdən I Dünya müharibəsinin 10 əsgəri çıxarılıb, hamısı Rusiya İmperiya Ordusuna məxsusdur", — deyə Loçmele-Lunyeva bildirib.
Qazıntılar zamanı həmçinin döyüş sursatları, pravoslav xaçları və düymələr aşkar olunub. Mütəxəssislərin fikrincə, tapılan əşyalar əsgərlərin Rusiya İmperiyası tərəfidən döyüşdüyü anlamına gəlir.