Hollandlar "Notr-Dam de Pari" kilsəsinin 3D printer vasitəsilə bərpasını təklif edirlər

Hollandlar "Notr-Dam de Pari" kilsəsinin 3D printer vasitəsilə bərpasını təklif edirlər Fransanın Notr-Dam-de-Pari kilsəsini 3D printer vasitəsilə bərpa etmək mümkündür.
Maraqlı
1 May , 2019 12:37
Hollandlar Notr-Dam de Pari kilsəsinin 3D printer vasitəsilə bərpasını təklif edirlər
0 : 00
0 : 00

Fransanın "Notr-Dam-de-Pari" kilsəsini 3D printer vasitəsilə bərpa etmək mümkündür.

Bu barədə "Report" Fransanın "Le Figaro" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, belə texnologiya kilsənin qısa zamanda bərpa edilməsinə, eləcə də maliyyə qənaətinə imkan verəcək.

Hollandiyanın "Concr3De" şirkətinin nümayəndələrinin sözlərinə görə, qarqoyl abidəsini bir sutka ərzində, cəmi 2,5-5 min avroya bərpa etmək mümkündür. Bu məbləğ isə emalatxanada abidənin daşdan hazırlanmasından xeyli ucuzdur.

Hollandiya şirkətinin kilsənin bərpa edilməli olan hissələrinin istehsalı üçün kül qarışığından, doğranmış əhəngdaşından, mürəkkəbdən və qeyri-üzvi birləşmələrdən istifadə etmək niyyətində olduğu bildirilir.

Xatırladaq ki, aprelin 15-də "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib, uzun qüllə (şpil) yanaraq aşıb, saatlar yanıb. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsəni bərpa etməyin çətin olacağını bildirib. Amma Fransa Prezidenti Emmanuel Makron tarixi binanı əvvəlki vəziyyətinə qaytaracaqlarına söz verib. Kilsədə baş vermiş yanğın 10 saatdan çox davam edib. Yanğına kilsədə aparılan təmir işlərinin səbəb olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi