"Biz onu yenidən ucaldacağıq".
"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Notr-Dam kilsəsinin (Notre-Dame-de-Pari) yanğın yerinə gələn Fransa Prezidenti mətbuat nümayəndələrinə deyib.
Makron bildirib ki, Notr-Dam-de-Pari Fransa xalqının tarixinin, ədəbiyyatının, təxəyyülünün rəmzidir. Fransa prezidenti kilsənin yenidən əvvəlki vəziyyətinə qaytarılacağına söz verib.