Hindistan "G20" sammitində makakalara qarşı misli görünməmiş təhlükəsizlik tədbirləri görüb

Hindistan "G20" sammitində makakalara qarşı misli görünməmiş təhlükəsizlik tədbirləri görüb Hindistan "G20" sammiti zamanı makakalara qarşı misli görünməmiş təhlükəsizlik tədbirləri görüb.
Maraqlı
9 Sentyabr , 2023 20:21
Hindistan G20 sammitində makakalara qarşı misli görünməmiş təhlükəsizlik tədbirləri görüb

Hindistan "G20" sammiti zamanı makakalara qarşı misli görünməmiş təhlükəsizlik tədbirləri görüb.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.

Son illərdə rezus makakaları (və ya benqal makakaları) Hindistan paytaxtı Yeni Dehlinin bəlasına çevrilib. Onlar yollarda və səkilərdə qaçır, yoldan keçənlərə sataşır, insanlara hücum edir, qiymətli əşyalarını talayırlar. "G20" sammitinin qonaqlarına bunun baş verməməsi üçün Hindistan rəhbərliyi makakalara qarşı görünməmiş təhlükəsizlik tədbirləri görüb.

Hindistanda meymuna müqəddəs heyvan kimi ehtiram göstərildiyi üçün makakaların güllələnməsi söhbət gedə bilməz. Bu səbəbdən hakimiyyət alternativ tədbirlərə əl atır. Makakaların təbii düşmənləri olan lanqurların (meymunlar cinsi) böyük karton maketləri paytaxtın bütün hökumət məhəlləsi boyu quraşdırılıb. Dünya siyasətçilərinin qaldığı hər hoteldə xüsusi təlim keçmiş insanlar - meymun qovanlar növbə çəkir. Onlar lanqurların fəryadını təqlid edərək makakaları qovurlar.

Makakaların orada qalması üçün əvvəlcədən Yeni Dehli ətrafındakı meşələrə daha çox yemək gətirilib.

Son xəbərlər

Orphus sistemi