​Ərəb Əmirliyində orduya çağırışın qeydiyyatı internetlə aparılır

​Ərəb Əmirliyində orduya çağırışın qeydiyyatı internetlə aparılır Hökumət bununla uzun növbələrin qarşısını almaq niyyətindədir
Maraqlı
6 Yanvar , 2015 12:37
​Ərəb Əmirliyində orduya çağırışın qeydiyyatı internetlə aparılır

Bakı. 6 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) çağırış yaşına çatan vətəndaşları hərbi xidmətə yazılmaq üçün bu ildən internetdən istifadə edə biləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hərbi xidmətə yazılmaq üçün uyğun qurumların qarşısında uzun növbələr yaranır.

BƏƏ-nin başçısı Xəlifə bin-Zayed əl-Nahayyan ötən il məcburi hərbi xidmətlə bağlı qanun imzalayıb. Həmin qanuna əsasən, sıravi xidmətə yararlı 18-30 yaş arasında olan kişilər ordu sıralarına çağırılır.

İlk çağırış ötən ilin iyununda olub. Həmin vaxt 9 mindən çox gənc qeydiyyatdan keçib.

Tətbiq edilən yeni qaydaya görə, çağırışçılar internetdə özləri haqda məlumat yazaraq, qeydiyyatdan keçəcək. Bundan sonra onlar tibbi müayindən keçmək üçün dəvət olunacaqlar.

Xatırladaq ki, BƏƏ-də qadınların hərbi xidmət keçməsi könüllülük əsasındadır.

Son xəbərlər

Orphus sistemi