DÇ-2026: 104 oyuna baxmaq üçün 50 min dollar maaş təklif olunur

Maraqlı
  • 06 may, 2026
  • 16:53
DÇ-2026: 104 oyuna baxmaq üçün 50 min dollar maaş təklif olunur

"Fox Sports" telekanalı və "Indeed" iş axtarışı platforması 50 min dollar maaşı olan "Futbol üzrə dünya çempionatının baş tamaşaçısı" vakansiyasının açıldığını elan edib.

"Report" ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə "Fox Sports" telekanalının marketinq üzrə prezidenti Robert Qottlib bildirib.

Onun sözlərinə görə, DÇ-2026-nın tarixi turnir olacağını nəzərə alaraq, kadr seçiminə də eyni dərəcədə tarixi yanaşma tələb olunur:

"Bir nəfər bu gözəl oyunu müəyyən edən hər bir hekayəni, hər bir komandanı və hər bir həyəcanlı anı yaşamaq və hiss etmək üçün həyatının işini əldə edəcək. O, 104 matçın hamısına baxmalı, kontent yaratmalı və "Times Square"də oyunların yayımı zamanı keçiriləcək tədbirlərdə iştirak etməlidir".

Futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.