Çinin avtotrasında Süveyşdəki hadisənin oxşarı baş verib

Çinin avtotrasında Süveyşdəki hadisənin oxşarı baş verib Hadisə ölkənin Nankin bölgəsində qeydə alınıb
Maraqlı
358
28 Mart , 2021 15:51
Çinin avtotrasında Süveyşdəki hadisənin oxşarı baş verib

Çində “Evergreen” yük avtomobilinin yolu kəsən fotosu sosial şəbəkədə yayılıb.

“Report” xəbər verir ki, avtomobilin yolu kəsməsi Süveyş kanalının sahilinə oturan “Ever given” yük gəmisini duruşunu xatırladır.

Hadisə Çinin Nankin bölgəsində Çançun-Şençjen sürətli avtomobil yolunda baş verib.

Gəmi və konteyner eyni şirkətə məxsus olsalar da, avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat qəzasının Süveyş kanalındakı hadisə ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, “Evergreen” Tayvana məxsus şirkətdir.

Qeyd edək ki, gəmi martın 24-də kanalın 151-ci km-liyində saya oturub. “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. 25 neft tankeri də daxil olmaqla 370-ə yaxın gəmi Süveyş kanalından keçə bilmir.

Son xəbərlər

Orphus sistemi