Çində dağa bənzər binanın üzərində meşə yaradacaqlar
Maraqlı
- 24 dekabr, 2015
- 01:24
Bakı. 24 dekabr. REPORT.AZ/ Britaniyada Tomas Xizervikə məxsus "Heatherwick Studio" memarlıq bürosu yeni konsepsiya hazırlayıb. Konsepsiyaya əsasən, 24 mln. əhalisi olan və iri meqapolis hesab edilən Şanxayda dağ formasında bina tikiləcək. Binanın üstü bütünlüklə ağaclarla örtüləcək.
"Report"un memarlar üçün buraxılan "The Architects Journal" dərgisinə istinadən verdiyi xəbərə görə, "Heatherwick Studio"da bu tikilini bina deyil, Şanxay topoqrafiyasının bir hissəsi hesab edirlər.
Binanın yerləşəcəyi "Moganshan" adlanan yeni məhəllədə ofislər, mağazalar, yaşayış binaları və bir məktəb fəaliyyət göstərəcək. "Moganshan" 2018-cı ilədək hazır olmalıdır.
Son xəbərlər
02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08
Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Region01:47
Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb
Digər ölkələr01:18
"Liverpul" "Barselona"nın 60 milyon avroluq müdafiəçisini transfer etmək istəyir
Futbol00:44
Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
Digər ölkələr00:15
Mərakeş polisi Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb
Digər ölkələr23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47