Almaniya universiteti avaralıq üçün 1 600 avro qrant verir

Almaniya universiteti avaralıq üçün 1 600 avro qrant verir Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə eləməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir
Maraqlı
1369
27 Avqust , 2020 16:29
Almaniya universiteti avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməli və jürini onların “aktiv avaralığı”nın digərlərindən daha vacib olmasına inandırmalıdırlar.

Məlumata görə, iştirakçının anketində dörd sual mövcuddur: Siz nə etmək istəmirsiniz? Nə vaxtadək bunu etmək istəmirsiniz? Niyə bunu etməmək bu qədər vacibdir? Niyə siz ən uyğun namizədsiniz?

“Heç nə etməmək elə də asan deyil. Biz heç nə eləməməyin aktiv formasına köklənmək istəyirik. Əgər siz həftəboyu, ümumiyyətlə, hərəkət etməməyi söz versəniz, bu, heyrətləndirici olar. Əgər siz qarşınıza heç nə etməmək və düşünməməyi hədəf qoyubsunuzsa, lap yaxşı”, - təşəbbüsün müəllifi, memar və dizayn nəzəriyyəçisi Fridrix fon Borris söyləyib.

“Bu zarafatyana təqaüd proqramı yox, ciddi məqsədli eksperimentdir: qələbələr və nailiyyətlər ətrafında qurulmuş cəmiyyəti necə baş-ayaq etmək olar?”, - o əlavə edib.

2021-ci ilin yanvar ayında təqaüdçülərdən keçirilmiş təcrübə barədə hesab tələb ediləcək. Bununla belə, eksperimentin müddətini iştirakçılar özləri təyin edəcəklər.

“Əgər siz yatmayacaqsınızsa, bu yalnız bir neçə gün mümkün olacaq. Ancaq əgər siz alış-verişdən imtina edəcəksinizsə, o zaman buna daha uzun müddət dözə bilərsiniz”, - təşəbbüsün müəllifi vurğulayıb.

Bütün müraciətlər universitetdə noyabrda açılacaq “Əhəmiyyətsizlik məktəbi: daha yaxşı həyat yolunda” sərgisinə düşəcək.

Orphus sistemi