Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib

Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib.
Maliyyə
23 Noyabr , 2018 12:23
Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib
taxes.gov.az
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, görüşün məqsədi cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması, izahat işlərinin düzgün istiqamətdə qurulması üçün kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi iqtisadçı-ekspertlərin mövzu barədə ərtaflı məlumatlandırılması, onların sual və təkliflərinin dinlənilməsindən ibarət olub.

Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanovun iştirak etdiyi görüşdə Vergilər Nazirliyi tərəfindən vergi sahəsində aparılan islahatlar, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri müzakirə edilib.

Tədbirdə nazirliyin rəhbər vəzifəli şəxslərinin vergi qanunvericiliyinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimatları dinlənilib, ekspertlərin sualları cavablandırılıb, səsləndirdikləri təkliflər qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi