Bakı. 8 oktyabr. REPORT.AZ/ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftə təsdiqlənmiş yeni nizamnaməsi, qurumun Direktorlar Şurasının (DŞ) ləğv olunması diqqət mərkəzində olub.
“Report” xəbər verir ki, millət vəkili Vahid Əhmədov DŞ-nın sədri Rüfət Aslanlının fəaliyyətini kəskin tənqid edib.
“Palata 2 ildən artıqdır ki, fəaliyyət göstərsə də, yalnız son 6 ayda baş icraçı direktor İbrahim Alışovun rəhbərliyi dövründə maliyyə sektorunda dirçəlmə olub. Həftədə 2-3 dəfə onunla görüşürəm. Dollarda götürülmüş kreditlərlə bağlı problemlər var. Normal adamla normal danışmaq olur. Yoxsa R.Aslanlı özünə 65 min manat maaş yazdırmışdı. Hesab edirəm ki, prezident onunla bağlı düzgün qərar verdi".
Xatırladaq ki, oktyabrın 4-də “Report” MBNP-nin DŞ-nın ləğv olunması ilə bağlı xəbər yayıb.