"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na dəyişiklik edilib

"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na dəyişiklik edilib Bakı. 23 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edib.
Maliyyə
23 Dekabr , 2018 02:28
Dövlət büdcəsinin tərtibi və icrası Qaydalarına dəyişiklik edilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişiklik edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 6.4-cü bəndi (dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti sentyabrın 15-dən gec olmayaraq dövlət büdcəsinə yenidən baxılaraq, sekvestr tətbiq olunması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir) ləğv olunub. 

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın 2019-cu il dövlət büdcəsini təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi