“Muğan Bank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb
Maliyyə
- 01 iyun, 2020
- 14:00
Muğan Bank
“Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib.
“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, dəyişiklik “Muğan Bank” ASC-nin nizamnamə kapitalının 7,9% və yaxud 7,5 milyon manat artırılaraq 95 milyon manatdan 102,5 milyon manata çatdırılması çərçivəsində baş tutub. Kapital artımından sonra Bankın Müşahidə Şurasının sədri Elmir Mehdiyev payını 63,5%-dən 66,17%-ə çatdırıb. Əvəzində digər 3 səhmdar – Maqbet Mehdiyevin payı 13,1%-dən 12,14%-ə, Vəfa Vəliyevanın payı 12,05%-dən 11,17%-ə, Fəridə Mehdiyevanın payı isə 11,35%-dən 10,52%-ə düşüb.
Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb.
Son xəbərlər
11:15
Foto
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Biznes11:14
"Turan Tovuz" Kurban Berdıyevin 4 oyunluq cəzalandırılması ilə bağlı apellyasiya şikayəti verəcək
Futbol11:11
Cey Di Vens Cənubi Qafqaza səfərinin yekunları barədə paylaşım edib
Xarici siyasət11:10
WUF13-lə bağlı qrant müsabiqələrin nəticələri gələn ay elan ediləcək
Biznes11:03
Son iki gündə Biləsuvar və Cəlilabadda 16 nəfər qarlı havada yıxılaraq xəsarət alıb
Hadisə11:02
"AccessBank" nağd kredit üzrə faiz dərəcəsini endirdi!
Maliyyə11:01
Qazaxıstan parlamenti iyulun 1-dən səlahiyyətlərini dayandıra bilər
Region10:57
"Şahdağ Qusar" heyətini "Səbail"in yetirməsi ilə gücləndirib
Futbol10:53