“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən,
"Report" xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilib.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanuna əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı" hazırlanıb.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Əlavə məlumat üçün (012) 404 46 99 nömrəli telefonlarla (daxili nömrələr - 129 Sevinc Məmmədova, 282 Elnarə Kazımova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova) əlaqə saxlamaq olar", - deyə məlumatda qeyd olunub.