Bakı. 21 sentyabr. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2019-cu il üçün qlobal səviyyədə dünya Ümumi Daxili Məhsulun (ÜDM) artım sürətinə dair proqnozunu 0,1 faiz bəndi azaldaraq 3,1% müəyyənləşdirib.
“Report” TASS-a istinadən xəbər verir ki, proqnozun dəyişdirilməsinə ABŞ ilə Çin arasında ticarət müharibəsinin miqyasının böyüməsi səbəb olub.
Həmçinin Çinin iqtisadi artımına dair proqnoz 0,2 faiz bəndi azaldılaraq 6,1% səviyyəsində, ABŞ ÜDM-nin artımına dair proqnoz isə 0,1 faiz bəndi artırılaraq 2,9% səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, sentyabrın 24-dən ABŞ Çin mallarının idxalına 10%-lik gömrük rüsum tətbiq edəcək, gələn il yanvarın 1-dən etibarən isə həmin rüsumun dərəcəsi 25%-ə çatdırılacaq. Çin tərəfi isə ABŞ malları üçün 5-10%-lik idxal rüsumları tətbiq edəcəyini açıqlayıb.