EBRD: ABB-nin özəlləşdirilməsi prosesi gecikdirilməməlidir

EBRD: ABB-nin özəlləşdirilməsi prosesi gecikdirilməməlidir Bakı. 29 noyabr. REPORT.AZ/ “Azərbaycanın bank sektorunda restrukturizasiyanın tamamlanması üçün mühüm addımların atılması zəruridir.
Maliyyə
29 Noyabr , 2018 14:49
EBRD: ABB-nin özəlləşdirilməsi prosesi gecikdirilməməlidir
0 : 00
0 : 00

Bakı. 29 noyabr. REPORT.AZ/ “Azərbaycanın bank sektorunda restrukturizasiyanın tamamlanması üçün mühüm addımların atılması zəruridir".

“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-2019-cü illər üçün keçid hesabatında (Transition Report 2018-19) qeyd olunub.

Hesabatda bildirilib ki, bank sistemində risklərin azaldılması üçün 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi əsas prioritetlərdən biri olaraq qalır və bu proses gecikdirilmədən həyata keçirilməlidir.

Analitiklərin fikrincə, gələn il qeyri-işlək kreditlər məsələsi həll edilməli və bəzi bankların kapital çatışmazlığı aradan qaldırılmalıdır.

“Yeni yaradılan strukturların öz səlahiyyətlərini yerinə yetirə bilməsi üçün institusional potensial inkişaf etdirilməlidir. Təbii olaraq yeni yaradılan dövlət qurumlarında təcrübə və etibarlı əməliyyat çərçivəsi hələ formalaşdırılmayıb. Buna görə bu qurumların fəaliyyətinin effektivliliyinin və şəffaflığının təmin olunması üçün addımlar atılmalıdır”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi