Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb
Maliyyə
- 05 dekabr, 2019
- 11:56
Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.
Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.
Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%).
Son xəbərlər
10:21
"Kəpəz"in futbolçusu Azərbaycan çempionatında 100-cü oyununu keçirib
Futbol10:17
Azərbaycan və ABŞ TRIPP layihəsinin qısa zamanda istifadəyə verilməsini müzakirə edib
İnfrastruktur10:16
Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" adlı forum keçirilir
Mədəniyyət siyasəti09:54
Gəncədə dönərdən zəhərlənən şagirdlər evə buraxılıb, AQTA araşdırmalara başlayıb - YENİLƏNİB
Hadisə09:45
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri bəlli olub
Fərdi09:44
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:38
"AzərEnerji" Naxçıvanda 7 milyon manatlıq iş görəcək
Energetika09:37
Tramp Ağ Evdə qapalı iclas keçirəcək
Digər ölkələr09:36