Beynəlxalq standartlara əsasən QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib

Beynəlxalq standartlara əsasən QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib Bakı. 13 yanvar. REPORT.AZ/ “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
Maliyyə
13 Yanvar , 2019 00:25
Beynəlxalq standartlara əsasən QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib

Bakı. 13 yanvar. REPORT.AZ/ “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli fərmanın 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq olunub. 

Daha əvvəl məlum olub ki, “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) “peşəkar mühasib sertifikatı” verəcək.

Son xəbərlər

Orphus sistemi