Yuxarı

Azərbaycanda bankların müştəri bazası bu il 9% genişlənib

Azərbaycanda bankların müştəri bazası bu il 9% genişlənib

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 68 823 nəfər və yaxud 1,1% artaraq bu il noyabrın 1-nə 6 298 989 nəfər təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, müştərilərin 6 198 830 nəfəri fiziki, 100 609 nəfəri hüquqi şəxslərdir. Oktyabrda fiziki şəxslərin sayında 67 784 nəfər və yaxud 1,1%, hüquqi şəxslərin sayında isə 1 039 nəfər və yaxud 1% artım qeydə alınıb.

Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 3 356 nəfər və yaxud 1,3% artaraq 258 498 nəfərə çatıb.

Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 526 949 nəfər və yaxud 9,1% artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi