Azərbaycan və Pakistan ali audit qurumları gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib

Azərbaycan və Pakistan ali audit qurumları gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib Bakı. 9 oktyabr. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün və sabah rəhbərlik etdiyi qurumun ev sahibliyi ilə keçiriləcək ECOSAI-ın İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Pakistanın Baş Auditoru Cavid Cahangiri qəbul edib.
Maliyyə
9 Oktyabr , 2018 10:05
Azərbaycan və Pakistan ali audit qurumları  gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün və sabah rəhbərlik etdiyi qurumun ev sahibliyi ilə keçiriləcək ECOSAI-ın İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Pakistanın Baş Auditoru Cavid Cahangiri qəbul edib.

“Report” Palataya istinadən xəbər verir ki, görüş zamanı, ECOSAI-ın üzv Ali Audit Qurumları arasında əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib, ECOSAI-ın Baş Katibi və Pakistanın Baş Auditoru Cavid Cahangir Azərbaycan Hesablama Palatasının təşkilata verdiyi töhfələri və regiondakı əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan Hesablama Palatası ilə Pakistanın Baş Auditor Ofisi arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı müzakirələr aparılıb, perspektiv istiqamətlər müəyyənləşdirilib.

Qeyd edək ki, ötən gün Əfqanıstan Ali Audit Ofisinin rəhbəri, ölkənin baş auditoru Muhəmməd Şərif Şərifinin rəhbərlik etdiyi nümayəndə heyəti V.Gülməmmədovla görüşmüşdü.

Son xəbərlər

Orphus sistemi