“Azər Türk Bank”ın xalis mənfəəti kəskin azalıb
Maliyyə
- 21 yanvar, 2019
- 14:05
Bakı. 21 yanvar. REPORT.AZ/ “Azər Türk Bank” ASC-nin aktivləri ötən il 9,9% artaraq bu il yanvarın 1-nə 368 307 min manat təşkil edib.
“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə "Azər-Türk Bank"ın kredit portfeli 38,4% artaraq 165 620 min manata yüksəlib.
İl ərzində Bankın cəmi öhdəlikləri illik 12,2% artaraq 314 839 min manat, o cümlədən müştəri hesabları 8,2% azalaraq 200 325 min manat olub.
Ötən ilin sonuna Bankın nizamnamə kapitalı 50 000 min manat, cəmi kapitalı isə 53 468 min manat təşkil edib.
2018-ci ildə "Azər-Türk Bank" 110 min manat mənfəət vergisi ödəyib və ili 169 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, Bank 2017-ci ildən 1 144 min manat xalis mənfəətlə çıxmışdı.
Son xəbərlər
17:09
Azərbaycanın turizm xəritəsi yenidən formalaşır: Hansı yaş qrupu üstünlük təşkil edir? - ARAŞDIRMA
Turizm17:02
Zelenski ABŞ tərəfindən təzyiq barədə suala cavab verib
Digər ölkələr16:59
Qurban Qurbanov: " Belə vəziyyətdən sonra "Nyukasl"la oyuna necə hazırlaşmaq olar?"
Futbol16:56
Dələduzluğa görə axtarışda olan 15 nəfər istintaqa təhvil verilib
Hadisə16:45
ABŞ Suriyada İŞİD-in 30-dan çox obyektinə zərbələr endirib
Digər ölkələr16:35
"Kəpəz" klubu heyətini yeni futbolçu ilə gücləndirib
Futbol16:28
Armen Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb
Xarici siyasət16:23
Premyer Liqa: "Qarabağ" Qubada "İmişli"ni məğlub edib
Futbol16:21