“Zıraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 14 oktyabr, 2024
  • 14:00
“Zıraat Bank Azərbaycan maliyyə vəziyyətini açıqlayıb

“Zıraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 11,294 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,1 % çoxdur.

9 ay ərzində “Zıraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 53 milyon manat (illik müqayisədə 25,6 % çox), əməliyyat xərcləri 29,563 milyon manat (22,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,15 milyon manat (12,6 % az), gözlənilməz gəlirləri 107 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 2,1 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 804,957 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur. Bunun 433,916 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24 % böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 13,1 % artaraq 675,469 milyon manata, o cümlədən depozit portfeli 12,3 % artaraq 551,999 milyon manata, balans kapitalı isə 12,9 % artaraq 129,488 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti