Zəka Mirzəyev: "Azərbaycanda sosial sığorta haqlarının 68 %-i qeyri-büdcə sektorunun payına düşür"

Maliyyə
  • 15 yanvar, 2026
  • 13:02
Zəka Mirzəyev: Azərbaycanda sosial sığorta haqlarının 68 %-i qeyri-büdcə sektorunun payına düşür

Bu il Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 6 milyard 591 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məbləğin təxminən 68 %-i qeyri-büdcə sektorunun, 32 %-i isə büdcə sektorunda fəaliyyət göstərən təşkilatların payına düşür.

Z. Mirzəyev qeyd edib ki, Fondun büdcə daxilolmalarının digər hissəsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına formalaşır: "Belə ki, dövlət büdcəsinin müəyyən öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə bu il DSMF-nin büdcəsinə 1 milyard 700 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub".

O əlavə edirb ki, ötən il 5-ci sosial islahat zərfi 3 milyon nəfəri əhatə edib: "Bunun üçün 1,4 milyard manatdan çox maliyyə vəsaiti ayrılıb. ​İndeksləşmə ilə bağlı xərclər isə 520 milyon manat təşkil edib. ​Bu islahat paketi sosial müdafiə sisteminin əsas sütunlarını - əməkhaqqı, pensiya, təqaüd, sosial müavinətləri kompleks şəkildə əhatə edib".

Son xəbərlər

Bütün Xəbər Lenti