“Xalq Kapital İnvestisiya Şirkəti” ötən ili mənfəətlə başa vurub
Maliyyə
- 03 iyun, 2021
- 11:52
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ili 58 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 14,7% azdır.
Ötən il “Xalq Kapital"ın vergiyəqədərki mənfəəti 74 min manat (14% az), mənfəət vergisi ödəmələri isə 15 min manat (16,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Kapital"ın aktivləri 688 min manat olub ki, bu da illik müqayisədə 12,4% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 4,4 dəfə artaraq 22 min manata, balans kapitalı isə 9,5% artaraq 666 min manata çatıb.
Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.
Son xəbərlər
00:18
Video
Qərbi Azərbaycan Xronikası: Türk yurdu necə Vernaşen, Barsravan, Ardzvaşen, Akunk oldu?
Daxili siyasət00:00
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Din23:56
Starmer: Britaniya və Fransa Ukraynada hərbi mərkəzlər yaradacaq
Digər ölkələr23:42
Uitkoff: ABŞ yanvarın 7-də Parisdə Ukrayna ilə danışıqları davam etdirəcək
Digər ölkələr23:34
Makron: Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı Paris bəyannaməsi əhəmiyyətli irəliləyiş oldu
Digər ölkələr23:15
Suriya ilə İsrail kəşfiyyat məlumatlarının mübadiləsi üzrə mexanizm yaradacaq
Digər ölkələr22:59
Tramp neft qiymətlərini azaltmaq üçün mübarizəni davam etdirəcəyini açıqlayıb
Digər ölkələr22:46
İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum edib
Region22:42